Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Samuxda narkotik vasitənin təsiri altında avtomobil sürən şəxlər TUTULDULAR
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayonu ərazisində hərəkətdə olan VAZ və “Ford” markalı avtomobilin sürücüləri qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitələrini idarə edən Pərviz Qasımov və Xaləddin İsmayılov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitə olan istifadə etdikləri məlum olub.
Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.