"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihəsi müzakirə mərhələsindədir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, dövlət proqramının icra müddəti bu il başa çatacaq:
"Ərazi bütövlüyümüz təmin olunduqdan sonra geniş miqyasda yenidənqurma və bərpa işləri aparılır. Bu çərçivədə 2022-ci ildən icrasına başlanılan birinci dövlət proqramı başa çatır. İkinci proqramın layihəsinin isə müzakirəsi aparılır".
Daha çox foto burada: PhotoStock.az