Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Həqiqət Hüseynova: "Yusif həmişə deyirdi ki, gedib şəhid balaların qisasını almalıdır"
"Yusif həmişə deyirdi ki, gedib şəhid balaların qisasını almalıdır".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Yusif Məmmədovun əmisi qızı Həqiqət Hüseynova deyib.
O, Yusifin vətəninə bağlı, qürurlu, mərd biri olduğunu qeyd edib:
"Yaşda məndən balaca idi, amma biz yerdə böyümüşük. Mehriban, qohumcanlı biri idi. Xaraktercə çox məğrur və vətənpərvər idi. Müharibəyə özü istəyərək könüllü getdi. Hadisələrdən sonra yaşaya, içindəki ağrılarla barışa bilmirdi.
Xatırlayıram ki, atamla əmim də birgə axtarışlara çıxmışdılar. Amma heç bir nəticə əldə olunmadı. Şükür ki, müharibə bitdi, torpaqlarımız azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Artıq ziyarət edəcəyimiz yer var".
Aygün Mirakif
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərov dəfn edilib
- Şəhid Sahil İbrahimovun qardaşı: "32 ildir ki, yolunu gözləyirdik"
- Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sahil İbrahimov dəfn edildi
- I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
- Sabah I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq