Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna aparılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, şəhidin nəşi Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.