Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda qanunsuz tikinti aparan tanınmış iş adamına hökm oxundu
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində qanunsuz tikinti apararkən işçiləri əmək müqaviləsi olmadan işlətməkdə və bir neçə nəfərin xəsarət almasında təqsirləndirilən iş adamı Əmir Məmmədov və onun iş icraçısı Daşqın Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bir il sınaq müddəti olmaqla cəzanı şərti hesab edib.
Hökmə görə, digər təqsirləndirilən D.Ağayevə aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilib.
İttihama görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini, iş adamı Əmir Məmmədov Ordubad və Culfa şəhərlərində torpaq sahələri alaraq, özünə məxsus 10-a yaxın ticarət və iaşə obyektləri inşa etdirib. O, tikinti işlərində iş icraçılığını Daşqın Ağayevə tapşırıb və işçilərin təhlükəsizliyi üçün heç bir tədbir görməyib. Nəticədə həmin tikintilər zamanı 11 işçi müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb, iş adamı və tikintilərin iş icraçısı məsuliyyətə cəlb edilib.
Aqil Vəlili
"İşçilərin əmək hüquqlarının pozulması" teqi üzrə xəbərlər
- Vətəndaşın əmək hüquqlarını pozan daha bir şirkət cərimələnib
- AHİK-in nümayəndələri Cenevrədə bir sıra görüşlər keçiriblər
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri BƏT-in sessiyasında çıxış edib
- Koç Universitetinin rektoru AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında olub
- Ulu öndər Heydər Əliyevə həsr olunan tədbirdə 308 tələbəyə "Adlı təqaüd" verilib