Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat - çox sayda SAXLANILAN VAR
Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.
Oxu.Az Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.
Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Qeyd edək ki, Səidə Rüstəmovanın adı son günlərdə saxta sertifikat məsələsində hallanırdı.
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
Oxu.Az Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı saxlanılanlar var.
Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA BAŞLADI
- Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər