Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində, orta əsrlərə aid tarixi Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb.
Bu barədə "Report"a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində qədim yaşayış yeri qalıqlarının, maddi-mədəniyyət nümunələrinin görünməsi ilə əlaqədar olaraq, Mədəniyyət Nazirliyinin və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin dəstəyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Xəzər arxeologiyası ekspedisiyası" 27 avqust-12 sentyabr 2024-cü il tarixlərdə (17 gün) Abşeron yarımadasının Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində, orta əsrlərə aid tarixi Şəhri-Gürganda arxeoloji kəşfiyyat işləri aparıb.
Kəşfiyyat tədqiqatları uğurlu olub. Buradan XIX əsrə aid iki batmış gəminin qalıqları, orta əsrlərə aid saxsı məmulatları aşkar olunub. Gələcəkdə bu ərazilərdə daha geniş arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)" teqi üzrə xəbərlər
- AMEA instititunun baş hüquqşünası niyə işdən çıxarılıb?
- Otuz dəqiqəlik imkan: Meteor yağışını nə zaman izləmək mümkün olacaq?
- AMEA-nın vitse-prezidenti: "Xankəndi və digər ərazilərdə geniş tədqiqat işləri aparılmalıdır"
- "Qarabağın təbii ehtiyatları atlası"nın elektron variantı hazırlanıb
- Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək
Rəylər