Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Şəkidə avtomobillər toqquşub: Xəsarət alan var
Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.
APA-nın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.
Hərəkətdə olan iki avtomobilin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İ. Həsənovaya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Ən çox oxunanlar