Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bəxtiyar Rəhimlinin idarə etdiyi "Toyota" markalı avtomobillə Eldar Umarovun idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Toyota"dakı sərnişin Əli Hüseyn xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Bakı-Qazax yolunda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alan var
- Bakının müxtəlif ərazilərində baş vermiş qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Mingəçevirdə dirəyə çırpılan BMW-nin sürücüsü öldü
- Lənkəranda qəzaya düşən ailənin son vəziyyəti açıqlandı - Yaralılardan 4-ü azyaşlıdır
- Bakıda "Lexus" piyadanı VURDU: Hadisə yerində öldü
Ən çox oxunanlar