Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sel aparan ekskavatorda xəsarət alanların vəziyyəti açıqlandı
"Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən xəsarət alan və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan üç nəfərdən (kişi cinsli) ikisinin vəziyyəti kafi olaraq qiymətləndirilir və onlar Terapiya şöbəsinə köçürülüblər".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, digər şəxs vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, aprelin 16-da Ağsuda güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan dörd nəfərdən biri hadisə yerində ölüb. Digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aləmdə Nəsib
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- İntensiv yağıntılar Yardımlı Təhsil Sektorunun binasına ZİYAN VURDU
- Yağıntılı havalardan sonra kəskin istilər gəlir?
- Gəncədə güclü leysan həyatı iflic etdi: Küçələr və evlər su altında qaldılar
- Sabirabadda Kürün səviyyəsi artdı: Bəzi ərazilər SU ALTINDA QALDI
- Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"