İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (xəstəxana) noyabrın 28-də mediatur təşkil olunub.
Oxu.Az-ın Şəmkirə ezam olunan müxbiri xəbər verir ki, mediaturun məqsədi jurnalistləri xəstəxanada icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin bundan istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Mediatur zamanı çıxış edən Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan bütün əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur:

"Bu da bölgə sakinlərinin ehtiyac duyduğu xidmətləri yerindəcə, yəni digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır.
Ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada 1 milyon 83 min 258 tibbi xidmət göstərilib və məhz sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc və vaxt sərf etmədən bu xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilib".
Əzizə İsmayılova