Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində ölən əsgər, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu Facebook sosial şəbəkəsində mütəmadi olaraq şəkillərini, o cümlədən hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Anar Əsgərli profil şəkilini ölümündən bir neçə saat əvvəl dəyişdirib.
Həmin fotoda əsgər məzarına qərənfil qoyan qız təsvir olunub, Stasunda isə belə yazılıb:
“Bəlkə mənim də qismətimdə bir güllə oldu”.
Foto 12 nəfər tərəfindən bəyənilib.
www.oxu.az