Şəmkirdə 28 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, rayon ərazisindəki kafelərdən birində baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Fərid Həsənov bıçaq xəsarəti alıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Həsənovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Sərxan Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qaynar xətt:
(055) 224 12 12