Qaradağ rayonunda dörd nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın sorğusuna cavab olaraq baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə oktyabrın 20-də saat 07:45-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən 45-ci kilometrində qeydə alınıb.
"Belə ki, E.Şabanovun idarə etdiyi 77- MR-517 dövlət qeydiyyat nişanlı "Hyundai Santa Fe" markalı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən qarşısında dayanan Ə.İmanovun idarə etdiyi 88-BN-990 dövlət qeydiyyat nişanlı digər "Hyundai Santa Fe" markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən Ə.İmanovun idarə etdiyi avtomobil qarşıda dayanmış - Ə.Məmmədovun idarə etdiyi 57-CM-249 dövlət qeydiyyat nişanlı "Kia Rio" markalı avtomobillə, daha sonra isə E.Bağırovun idarə etdiyi 99-XA-656 dövlət qeydiyyat nişanlı "DAF" markalı yarımqoşqulu yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Ə.İmanov yüngül xəsarət alıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Hadisə yerinə yol-patrul xidməti əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada bildirilir.
Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, hadisə zamanı "Hyundai" markalı iki avtomobil toqquşub. Qəzaya avtomobillərdən birinin piyadaya yol verməsi zamanı digər nəqliyyat vasitəsinin ara məsafəsini qorumaması səbəb olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Təfərrüat üçün aidiyyəti üzrə sorğu verilib.