Şirvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Fəqan Həsənov şəhər icra başçısının müavini - Şəhər təsərrüfat şöbəsinin müdiri təyin edilib.
O, bu təyinatadək Şirvan şəhər bələdiyyəsi sədrinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, icra başçısının müavini Şəfayət Vaqif oğlu Əsgərov bu il avqustun 12-də xəstəxanada ürək əməliyyatı zamanı dünyasını dəyişib.
S.B.
www.oxu.az