Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş yanğın davam edir.
Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, təhlükəsizlik tədbirləri ilə əlaqədar yaxınlıqda yerləşən binaların sakinləri öz evlərini tərk edirlər.
Belə ki, şəhərdə hələ də güclü partlayış səsləri eşidilir. Yanğınsöndürənlər partlayışların baş verdiyi əraziyə yaxınlaşa bilmirlər.
S.B.
www.oxu.az