Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində vətəndaşlara məxsus “Mercedes” markalı minik və “Kamaz” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.
Oxu.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb. Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.