Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SOCAR-dan Xəzərdəki partlayışla bağlı yeni AÇIQLAMA
“İyulun 4-də axşam saatlarında Xəzər dənizi istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirdiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib”.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilib ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir:
“Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 kilometr məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”.
Qeyd edilib ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.