Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə ağac, bitki və güllərin alınması üçün tender elan edib.
Oxu.Az-ın məlumatına görə, icra hakimiyyəti alınacaq güllər müqabilində ümumilikdə 1 milyon 8 min 428 manat ödəməyi planlaşdırır.
Qeyd edək ki, icra hakimiyyəti layihə çərçivəsində müxtəlif növlərdə ümumilikdə 348 800 ədəd gül alacaq.
Tenderdə iştirak haqqı 600 manat nəzərdə tutulub.
Qaynar xətt:
(055) 224 12 12