Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki. yeni müdir Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazovdur.
Faktı Sumqayıt Şəhər Təhsil şöbəsindən təsdiqləyiblər.
Bildirilib ki, təhsil şöbəsinin müdiri Ruhiyyət Tağıyeva tutduğu vəzifədən azad olunub. Onun yerinə Nizami Namazov təyin olunub.

E.Ə.
www.oxu.az