Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sumqayıtda baş verən partlayışın hadisə şahidləri DANIŞDILAR
"Partlayış baş verən evə ən birinci mən girmişəm. İçəridə sıxılı vəziyyətdə qalan var idi".
Bunu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla bağlı Baku TV-yə danışarkən hadisə şahidi deyib.
Sakin əlavə edib ki, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar və evdəki hər kəs xilas edilib.
Başqa bir hadisə şahidi isə partlayışın necə baş verməsi barədə danışıb:
"Yemək yeyib mətbəxdən çıxanda partlayış oldu. Zərbə sinəmi tutdu, qolum sıyrıldı. Özümü qorumağa çalışdım, başımı qaldıranda gördüm ki, hər şey çöküb. Binadan məni, atamı, anamı və dörd qonşumuzu çıxardılar".
Partlayış nəticəsində ətrafdakı binaya və onun qarşısındakı bir neçə avtomobilə də ziyan dəyib.
Daha ətraflı Baku TV-nin materialında:

"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- BDYPİ: "Avtonəqliyyat vasitələrində qaz avadanlıqlarının quraşdırılması tövsiyə edilmir"
- Daha bir avtomobildə quraşdırılan qaz balonu PARTLADI
- Özbəkistanda güclü partlayış: Ölənlər və yaralananlar var
- Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir?
- İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var