Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sumqayıtda ticarət mərkəzində baş verən yanğının TƏFƏRRÜATI məlum olub
Sumqayıtda ticarət mərkəzində baş vermiş yanğın hadisəsinin təfərrüatı məlum olub.
Məlumata görə, yanğın təxminən 15 kvadratmetr sahəsi olan mağazada baş verib və qısa müddətdə tüstülənmə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. İlkin kəşfiyyat zamanı məlum olub ki, yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən geyim mağazalarından birində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:

Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb", - məlumatda qeyd olunub.

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.