Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sündü karxanasının daşlarından tikilən Şah Abbas karvansarasından FOTOREPORTAJ
Qobustan rayonu mağaralar, türbələr, karvansaralar, eləcə də digər tarixi abidlərlə zəngindir. Rayona gələn yerli və xarici qonaqlar, əsasən, qədim abidələri görməyə üz tuturlar. Belə tarixi abidlərdən biri də Şah Abbas karvansarasıdır.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, abidə XVII əsrə aid edilir, lakin bəzi mütəxəssislər abidənin tikilmə arxitekturasına baxdıqda onun daha qədim, yəni XV əsr olduğunu deyirlər.
Abidənin tikilməsində Sündü daş karxanasının daşlarından, bərkidilmə materialı kimi isə gəcdən istifadə olunub. Karvansara ümumilikdə 4 otaqdan ibarətdir.
Otaqları bir-birindən ayıran divarların qalınlığı bir metrdən çoxdur. Birinci otağın tavanı günbəzli formada tikilib və içərisində mehrabı var. Abidə müxtəlif dövrlərdə bir neçə dəfə bərpa olunub.
Sonuncu bərpa isə təxminən sovetlər dövründə olub, bu dövrdə bərpa zamanı kubik daşlarından istifadə edilib.
Daha çox foto burada: PhotoStock.az
"I Şah Abbas (Böyük Abbas)" teqi üzrə xəbərlər
- Gəncənin tarixi-dini məbədləri: Əsrlərə meydan oxuyan abidələrlə bağlı GÖRÜLƏN İŞLƏR
- Mehriban Əliyeva Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərində olub
- Azərbaycanın məhv edilən tarixi abidələri - UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərəcəkmi?
- Azərbaycan QHT-lərindən Azuleyə çağırış: "UNESCO Ermənistana faktaraşdırıcı missiya göndərsin"
- Qərbi Azərbaycanda vandalizmə göz yuman ABŞ Qarabağda "erməni izi" axtarır