Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 93 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə M.Nemətovanın qızı Vəfa Quliyeva məlumat verib.
Onun sözlərinə görə, anasının vəziyyəti noyabr ayından daha da pisləşmişdi:
“Şəkəri, beynində müəyyən problemlər var idi. Noyabrın 20-dən halı lap pisləşdi, keçən həftədən yeməkdən kəsildi, son 2 günü su da içmədi. Bu gün saat 9-a işləmiş dünyasını dəyişdi”.
V.Quliyeva deyib ki, anasının dəfni ilə əlaqədar hazırda AMEA rəhbərliyindən cavab gözləyirlər:
“Əgər Fəxri xiyabanda dəfn etmək alınmasa, II Zabrat qəbiristanlığında dəfn olunacaq”.
E.Ə.
www.oxu.az