"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 4 milyon 825 min manat təşkil edib.
Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün müxtəlif növ tibbi vasitələrin, o cümlədən müxtəlif ölçülü steril əlcəklərin və digər tibbi ləvazimatların alınması nəzərdə tutulur.
Qaynar xətt:
(055) 224 12 12