Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Təlim və toplanışlara cəlb edilənlər iş yerini itirə bilərlərmi? - AÇIQLAMA
Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz.
"Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.
Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir", - deyə qurumdan əlavə edilib.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)" teqi üzrə xəbərlər
- Ali məktəblərə qəbul olmaq istəyənin NƏZƏRİNƏ - Qeydiyyat BAŞLADI
- Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
- Səfərbərlik Xidmətinin qanunda cərimələrlə bağlı edilən dəyişikliklər barədə MÜRACİƏTİ
- Əlahiddə Ümumqoşun Orduda təlim toplanışı keçirilib
- Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib