Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir.
Əlavə məlumat veriləcək.