Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tərtərdə mina partladı - Ölən var
Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Məlumata görə, 1965-ci il təvəllüdlü Arzu Nəcəf oğlu Hacıyev keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - birgə məlumatda vurğulanır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir
- Qaynını öldürdüyü üçün ağır cəza aldı
- Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU
- Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRDİ: Evə səsyazan quraşdırıbmış - TƏFƏRRÜAT
- 37 yaşlı kişini baltaladı, qaçarkən avtomobil vurdu