Tovuz döyüşlərinin (2020-ci ilin 12-17 iyul tarixləri) ildönümü yaxınlaşır.
Oxu.Az xatırladır ki, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəlib və bir mülki şəxs (Əziz Əzizov) həlak olub.
Ermənistan silahlı bölmələri Tovuz döyüşlərində mülki əhalini, mülki infrastrukturu hədəf almaqdan çəkinməyib və çirkin siyasətini bir daha nümayiş etdirib.
Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam, Vahidli, Dondar Quşçu, Yuxarı Öysüzlü, Hacalılı, Koxanəbi kəndlərindəki evlərə ziyan dəyib.
Döyüşlər bitdikdən sonra Azərbaycan dövləti mülki infrastruktura dəyən zərərin aradan qaldırılması istiqamətində sistemli iş aparıb.
12 ev yenidən tikilib, 61 evdə isə təmir-bərpa işləri aparılıb.
Oxu.Az rayonun Ağdam, Vahidli və Dondar Quşçu kəndlərindən çəkdiyi fotoları təqdim edir:
Ağdam sakini Əziz Əzizova (həlak olub) məxsus ev - ƏVVƏL




İNDİ



Dondar Quşçu sakini Telarə Əliyevaya məxsus ev - ƏVVƏL

İNDİ




Dondar Quşçu sakini Taryel Abdullayevə məxsus ev - ƏVVƏL




İNDİ


***










Aqşin Kərimov
FOTO: Ramil Yunus, Tapdıq Abdullayev