Tovuzda içməli su problemi yaranıb.
Sakinlərin Oxu.Az-a göndərdiyi videogörüntüdən aydın olur ki, rayon əhalisinə verilən içməli su istifadəyə yararsızdır.
Belə ki, suyun tərkibində həddindən artıq çirklənmə müşahidə olunur.
Məsələ barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Regional Su-kanal İdarəsindən Oxu.Az-a bildiriblər ki, Tovuzda güclü sellə əlaqədar Zəyəmçayda daşqın olub:
“Nəticədə, suda lillənmə baş verib. Artıq problem həll edilib, bulanıqlıq standartlara uyğun həddə enib”.
Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO
İlhamə Əbülfət
Rəylər