Ağdam rayonunun Əhmədağalı kəndində avtomobilin vurduğu 11 yaşlı uşaq xəstəxanaya çatdırıldıqdan bir neçə saat sonra dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 4-cü sinif şagirdi Abışov Vüsal Elman oğlunu həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!
21:15 - 20.06.2014
Ağdam rayonunun Əhmədağalı kəndində 11 yaşlı uşağı maşın vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini Əhliman Vəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə sözügedən kənddə yerləşən şadlıq sarayının qarşısında toydan çıxan Abışov Vüsal Elman oğlunu vurub.
Sürücü bədən xəsarəti alan azyaşlını dərhal Ağdam MRX-ya çatdırıb.
Yaralının vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.