Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə Azərbaycan xalqına başsağlığı verdi
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Bakıda baş vermiş dəhşətli yanğınla bağlı açıqlama yayıb.
Bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib.
“Bu gün Bakıda baş verən yanğın hadisəsi ilə bağlı öz dərin kədərimi bildirir, hadisə nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına səbir və mətanət, yaralılara isə şəfa diləyirəm.
Belə kədərli bir vaxtda Türkiyə Cümhuriyyəti olaraq hər zaman olduğu kimi, azərbaycanlı qardaş və bacılarımızın yanındayıq”, - deyə Alper Coşkunun açıqlamasında qeyd olunur.
E.Ə.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar