Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ülvi Mehdiyevdən SMS icazə ilə bağlı MÜHÜM AÇIQLAMA
“Karantin rejimindən əvvəl “ASAN xidmət” gün ərzində 30 min vətəndaş qəbul edirdi. Bu, kifayət qədər böyük rəqəmdir. Pandemiya şəraitində bu qədər insanın bir yerdə olması düzgün deyil. Növbə götürməklə “ASAN” mərkəzlərində vətəndaşlarımız bir-biri ilə sıx təmasda olmayacaqlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, karantin müddətində “ASAN xidmət”in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib:
“Eyni zamanda, SMS icazə vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub. Gün ərzində təxminən bir milyon insan SMS icazə üçün müraciət edir. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alıb zəruri işlərini görə biliblər”.
İlhamə Əbülfət
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
- "ASAN xidmət" təcrübəsi Rumıniyada
- Azərbaycanda ilk dəfə keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi müəyyənləşib
- Ülvi Mehdiyev şikayətlərdən danışdı: "ASAN xidmət" rüşvəti necə əngəlləyir?