Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Report"a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur təsdiqləyib.
Bildirilib ki, UNICEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq.
"UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək", - deyə o əlavə edib.
İrina Mazur vurğulayıb ki, 1993-cü ildən bəri UNICEF Azərbaycan hökuməti ilə birgə çalışaraq uşaqlar üçün vacib xidmətlər və dəstək təmin edib:
"Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib".
Qeyd edək ki, UNICEF dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilatdır.
"UNICEF" teqi üzrə xəbərlər
- Koronavirus analığı məhv edir: BMT-dən hamiləlik zamanı ölüm statistikası ilə bağlı şok HESABAT
- Saca Faruq Abdullah: "Gənc qızların təhsilinə erkən yaşda sərmayənin qoyulması vacibdir"
- COP29-un Yaşıl Zonasında "Gələcəyə qulaq as" adlı sərgi təşkil edilib
- Kitti van der Heyden: "Rəqəmsal bacarıqlarla bağlı uşaqlara sərmayə qoymaq hazırda vacib məsələdir"
- UNICEF: "Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq"