2013-cü ildə Moskva vilayətində çayda iki azyaşlını xilas edərkən suda boğulmuş Nağıyev Salam Həmdulla oğlu Rusiya Fövqəladə Hallar Nazirliyinin medalına (ölümdən sonra) layiq görülüb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, medalı S. Nağıyevin atasına Rusiya xarici işlər naziri Sergey Lavrov təqdim edib.
Mərasim Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.
E.Ə.
www.oxu.az