Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kəndə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Xocalı rayonuna yola salınan növbəti köç karvanları Daşbulaq və Badara kəndlərinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Daşbulaq və Badara kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xocalı rayonunun Daşbulaq və Badara, həmçinin Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanları yola salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Daşbulağa 9 ailə (31 nəfər), Badaraya 6 ailə (19 nəfər), Vəngliyə isə 11 ailə (45 nəfər) köçürülür.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 30-a (122 nəfər), Badaraya köçürülən ailələrin sayı 37-yə (136 nəfər), Vəngliyə qayıdan ailələrin sayı isə 96-ya (374 nəfər) çatacaq.