Aralıq dənizi sahillərində dünən baş verən 5.2, 4.8 və 5.4 bal gücündə zəlzələlərdən sonra titrəyişlər hələ də davam edir.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, yerli vaxtla saat 12:27-də Cənubi Kiprdə 4.5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Onun ocağı 23.89 kilometr dərinlikdə yerləşib.