"Ermənilər azərbaycanlıları kənddəki qədim abidələrə yaxın buraxmırdılar".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdərə rayonu Vəngli kəndinin sakini Bayram Quliyev deyib.
O, Vəngli kəndinin zəngin tarixə malik olduğunu vurğulayıb:
"Kəndimizdə tarixi abidələr çoxdur. Hələ uşaqlıqdan o abidələrə çox maraq göstərirdik. Amma o vaxtlar ermənilər bizə o abidələrin nəinki içərisinə daxil olmağa, heç yaxınına getməyə də imkan vermirdilər. Çox şükür, uzun illərdən sonra doğma yurda qayıdırıq. Orada həyatı yenidən canlandırmaqla yanaşı, Vənglinin qədim tarixini də övladlarımıza tanıdacağıq".