Sumqayıt şəhər sakini Əyyub Sultanov çətin vəziyyətə düşüb.
Vətəndaş deyir ki, ona məxsus qanuni torpaq sənədini Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri xidmətinin iki saylı ərazi idarəsindən ala bilmir.
Əyyub Sultanovun şəxsi nümayəndəsi Xəlil Vəliyev Baku TV-ə bildirdi ki, onlar Saray bağlarında 10 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün həmin quruma müraciət ediblər. Xidmətdən bütün sənədlərin qaydasında olduğunu və bu ilin iyul ayının 9-da hazır sənədi Əmlak Komitəsinin iki saylı ərazi idarəsindən ala biləcəklərini deyiblər.
Daha ətraflı Baku TV-nin süjetində: