"Hesablama Palatası qarşıdakı ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir proqnozlarının icrasında problem olmayacağı, Fondun xərclərinin dövlət siyasətinin əsas istiqamətlərini əhatə edəcəyi və qalıq vəsaitlərdən istifadə edilməyəcəyi qənaətindədir".
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu maliyyə institutudur və onun dayanıqlılığının təmin edilməsi çox mühüm aspektdir:
"Bu məsələ dövlət maliyyəsi sisteminə təsir göstərən amildir və Hesablama Palatasının Rəyində bu istiqamətdə aparılmış təhlillərin nəticələri də daxil edilib. Cari şərtlər və proqnoz üçün əsas götürülmüş makroparametrlərin reallaşacağı ssenariyə əsaslanaraq, Hesablama Palatası 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir proqnozlarının icrasında problem olmayacağı, Fondun xərclərinin dövlət siyasətinin əsas istiqamətlərini əhatə edəcəyi, qalıq vəsaitlərdən istifadə edilməyəcəyi qənaətindədir".
Mərahim Nəsib