"Mətbuat Şurasının yeni idarə heyəti qarşıdakı çağırışlara yüksək səviyyədə cavab verəcək".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu deyib.
O bildirib ki, İdarə Heyəti yeni çağırışlara ən yüksək səviyyədə cavab verəcək:
"Azərbaycan Mətbuat Şurası həmişə olduğu kimi, fəaliyyətini jurnalistikanın inkişafı istiqamətində davam etdirəcək və müxtəlif maraqlı layihələr həyata keçiriləcək".
"2022-2026-cı illəri əhatə edən dövrə nəzər saldıqda, Mətbuat Şurasına ünvanlanan şikayətlərin sayında azalma tendensiyası müşahidə olunur. Mətbuat Şurasına daxil olan bütün şikayətlər araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək. Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması və Mətbuat Şurasının fəaliyyəti üçün münbit şəraitin yaradılması nəticəsində gələcəkdə şikayətlərin daha da azalacağı, hətta tamamilə aradan qalxacağı gözlənilir", - V.Zifəroğlu əlavə edib.