2007-2015-ci illərdə “Dövlət Proqramı” əsasında xaricdə təhsil almış bir qrup azərbaycanlı məzun Ağdama səfər edib.
“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, səfər çərçivəsində məzunlar Ağdam Dövlət Dram Teatrını, inşa ediləcək Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi və Ağdam Cümə məscidində olublar.
Məzunlara ermənilərin işğal dövründə Ağdamda törətdiyi vandalizm barədə geniş məlumatlar verilib.
Daha sonra məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrının qarşısında milli folklor nümunələrindən “Sarı gəlin”, “Heyratı” və digər musiqilər ifa olunub.