Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Şəkilli Xəmsə İntellektual“ oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, yarışmada intellektual oyunlarda bir neçə illik təcrübəyə malik və eyni zamanda intellektual oyunlarda ilk addımlarını atan müxtəlif yaş qruplarından ibarət hər birində 5 nəfər olmaqla 40 komanda iştirak edib.
Oyuna dəvət olunan komandalar seçim mərhələsində öz güclərini sınadılar. Bu mərhələdən ən yüksək xal yığan 16 komanda final mərhələsinə vəsiqə qazandı.
Final mərhələsinə “Pandaziya”, “Revolver”, “Vitascop” və “Stalker” komandaları vəsiqə qazandılar. Final mərhələsində baş tutan gərgin mübarizə sonunda təcrubəli oyunçulardan ibarət “Pandaziya” komandası qalibiyyəti əldə etdi. “Revolver” komandası bu mübarizə sonunda ikinciliyi qazandı.
Gənc oyunçulardan ibarət “Vitascop” komandası uğurlu oyunu ilə gözlənilənlərin əksinə olaraq finala vəsiqə qazandı və 3-cu yerə sahib çıxdı. “Stalker” komandası isə 4-cu yerlə kifayətləndi.
E.Ə.
www.oxu.az