Xəzər dənizində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu olduğu müəyyən edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA-ya Axtarış - Xilasetmə qərargahından daxil olan məlumatda bildirilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
S.B.
www.oxu.az