Xəzərin Azərbaycan sektorunda zəlzələ olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu informasiyanı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Zəlzələ yanvarın 2-də saat 20:22-də Qaladan 90 km şimal-şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.20 olan, 60 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.