Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xırdalanda qorxunc mənzərə: Sahibsiz itlərin sakinlərə hücumu
Xırdalanda "AAAF Park"da yaşayan bir qrup sakin sürü halda gəzən sahibsiz itlərin əlindən təngə gəldiklərini bildiriblər.
Onların sözlərinə görə, son zamanlarda Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər hər kəsə hücum edir.
Mövcud vəziyyətlə bağlı əraziyə cavabdeh olan "AAAF Park" yaşayış kompleksinin məsul şəxsləri sualları cavabsız qoyub. Abşeron rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, yaxın zamanlarda problem köklü şəkildə həll ediləcək:
"Sahibsiz heyvanlar üçün ayrılmış ərazidə xüsusi sığınacaq tikiləcək və onların hər biri oraya yerləşdiriləcəklər".
Ətraflı süjetdə:

"Sahibsiz it problemi" teqi üzrə xəbərlər
- Binəqədidə sahibsiz it problemi: "Blokdan çıxmağa qorxuruq"
- Xırdalanda sahibsiz itlər məktəblinin ayağını DİŞLƏDİLƏR
- Masazırda sahibsiz küçə itləri vətəndaşa HÜCUM ETDİLƏR
- Yasamalda küçə itləri MEYDAN SULAYIR: Kiçik qız hücumdan güclə qurtuldu
- Sumqayıtda sahibsiz itlərin hücumuna məruz qalan uşaqların SON VƏZİYYƏTİ açıqlandı