Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xırdalanda su borusunun partlamasının əsl səbəbi ortaya çıxdı - RƏSMİ AÇIQLAMA
Xırdalan şəhəri 28-ci məhəllədə su borusunun partlamasına səbəb şəbəkədə qəza baş verməsi deyil, yanğın üçün nəzərdə tutulmuş yerüstü yanğın hidrantının qırılmasıdır.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, hadisəyə səbəb ərazidən keçən yük maşınının yanğın hidrantına çırpılması olub:
"Problem artıq tam aradan qaldırılıb. Ərazi üzrə xəttə suyun verilməsi prosesinə başlanılıb".

Şəbəkə xəttində qəza olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəza barədə məlumat daxil olan kimi əraziyə əməkdaşlar cəlb ediliblər:
"Dərhal sözügedən əraziyə suyun verilişi dayandırılıb. 30-40 dəqiqə ərzində qəza və onun yaratdığı fəsadlar aradan qaldırılıb".
Abşeron rayonu, Xırdalan şəhərində küçədə su borusu partlayıb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin 28-ci məhəlləsinin ərazisində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, partlayan borudan su ətraf ərazilərə yayılıb.
Könül Cəfərli
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- ADSEA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub
- Rafiq Aslanov: "Azərbaycanda ötən il milyard kubmetrlərlə su itkiyə gedib"
- Lökbatanda acınacaqlı vəziyyət: Görüntülər fəlakət filmlərindən kadrları xatırladır
- ADSEA-nın tabeliyindəki xidmətin işçilərinin sayı artırılıb
- Yağışın yaratdığı problemlərin qarşısı necə alınacaq? - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA