Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə yanğının baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 21 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 kv.m olan üçotaqlı mənzilin zalı 20 kv.m sahədə yanıb. Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
Abşeron rayonu, Xırdalan şəhərində yanğın başlayıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, hazırda yanğın davam edir.
Həmin görüntüləri təqdim edirik: