Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xocalıda Birinci Qarabağ müharibəsinin beş şəhidi dəfn edildi
Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubov Xocalı şəhərində dəfn ediliblər.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidlər Xocalı şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.
Şahin Talış oğlu Məmişov 1959-cu il noyabrın 12-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.
Ələddin Bəhlul oğlu Paşayev 1961-ci il noyabrın 8-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonunun Dəhraz kəndində anadan olub.
Nemət Musa oğlu Şahmuradov 1962-ci il dekabrın 26-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.
Zakir Kamran oğlu Usubov 1964-cü il dekabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.
Onlar Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid Tərlan Məmmədovun anası: "31 ildən sonra oğlumu tapıb gətirdilər"
- Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib
- Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib
- Birinci Qarabağ müharibəsinin üç şəhidi bu gün dəfn olunacaq
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar