Binəqədi rayonunun Xocəsən qəsəbəsində dörd gündür su problemi yaşanır.
Qəsəbə sakinlərinin sözlərinə görə, əraziyə içməli su verilmir, onlar yalnız bulaqdan su götürərək ehtiyaclarını çətinliklə təmin edirlər.
Şikayətçilər Baku TV-yə bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində hər hansı addım atılmayıb:
"Dörd gündür ərazimizə içməli su verilmir. Dəfələrlə "Azərsu"ya müraciət etsək də, bizə rəsmi və dəqiq məlumat verilməyib".
Xocəsəndə dörd gündür su yoxdur: Sakinlər çarəsiz qalıblar - VİDEO
Qaynar xətt:
(055) 224 12 12